Kateqoriyalar
Sırala
ID 0136173

20 Yanvar hadisələrinin şahidi Kamil Həzrətquluyev

1990-cı ilin 20 Yanvar hadisələrinin şahidi Kamil Həzrətquluyev həmin gecə küçəyə çıxan vətəndaşlardan biri olub. Tankdan açılan atəşlə güllə yarası alan Kamil Həzrətquluyevin həyatını bir gənc xilas edib. Həmin gənc onu yaxınlıqdakı mənzilə aparıb və ona ilkin tibbi yardım göstərilib. Əvvəlcə tibb məntəqəsinə, sonra isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılaraq orada əməliyyat olunub. 20 Yanvar şahidinin sözlərinə görə, qardaşı onu iki gün axtarıb, hətta onun öldüyünü düşünüb. 

Digər fotolar
arrow-up