Kateqoriyalar
Sırala
ID 0136444

Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ilin yekunlarına dair mətbuat konfransı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir. Qurumun sədr müavini Əziz Şərifov qeyd edib ki, 2025-ci ildə yeddi obyektdə "Qırmızı kitab"a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb. Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədilə "kənd toyuğu" görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Eyni zamanda, bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Bundan başqa, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib.

Digər fotolar
arrow-up