Kateqoriyalar
Sırala
ID 0136497

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2025-ci ilin yekunlarına dair mətbuat konfransı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, "Tibbi sığorta haqqında" Qanununa edilən dəyişikliklərlə sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib. Sədr həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlər göstərildiyini söyləyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Bu mexanizm çərçivəsində ildə təxminən 1 500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb. Sədr həmçinin vurğulayıb ki, agentlik Azərbaycan vətəndaşları ilə yanaşı, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin də icbari tibbi sığortadan yararlanmasını təmin edir.

Digər fotolar
arrow-up