Kateqoriyalar
Sırala
ID 0136507

Paytaxt küçələrində müşahidə edilən tıxac

Paytaxt küçələrində nəqliyyatın hərəkəti xüsusilə günün pik saatlarında daha da intensivləşir, sıxlıq və tıxaclar geniş əraziləri əhatə edir. Tədris ilinin başlanması ilə bu vəziyyət məktəblər, bağçalar və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə daha çox hiss olunur. Belə şəraitdə sürücülərin, valideynlərin, şagird və tələbələrin həm təhlükəsizlik, həm də vaxt itkisinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi əməl etmələri son dərəcə vacibdir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif istiqamətlərində, o cümlədən əsas nəqliyyat axınlarının cəmləşdiyi ərazilərdə sıxlıq və tıxacın qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində bəzi küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.

Digər fotolar
arrow-up