Kateqoriyalar
Sırala
ID 0136583

27 ildir daşları sənətə çevirən heykəltaraş Orxan Nəbizadə

45 yaşlı heykəltaraş Orxan Nəbizadə artıq 27 ildir ki, bu sənətlə məşğuldur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan heykəltaraşın incəsənətə marağı çox erkən yaşlarından formalaşıb. O, əşyalara sadəcə maddi obyekt kimi yanaşa bilmədiyini, onları formaya salmaq və yeni ifadə vasitələri yaratmaq istədiyini zamanla dərk edib. Bu axtarışlar onu təsviri sənətə, heykəltaraşlığa gətirib çıxarıb. Orxan Nəbizadə həm yerli, həm də beynəlxalq sərgilərdə iştirak edib. Onun üçün heykəltaraşlıq sənəti dünya görüşünün, estetik zövqünün, harmoniya anlayışının və daxili enerjisinin material üzərində təcəssümüdür. 

Teqlər
Digər fotolar
arrow-up