Kateqoriyalar
Sırala
ID 0136672

Bakıda keçirilən Mikromaliyyə Forumu

Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” start götürüb. "Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyi, "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyi və "Bakı Fond Birjası" (BFB) QSC-nin birgə təşkilatçılığı ilə keçirilən forum kapital bazarı iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaradır. Forumun mühüm xüsusiyyəti investorların mikromaliyyə sektorunda investisiya imkanlarını araşdırma və qiymətləndirmə fürsəti əldə etməsidir. Regional ərazilərdə fəaliyyət göstərən BOKT-lar öz maliyyə göstəricilərini, fəaliyyət modellərini və investisiya təkliflərini potensial investorlara təqdim edəcəklər. Forum investorlar və BOKT-lar arasında əlaqələrin qurulması, konkret investisiya imkanlarının müəyyənləşdirilməsi və sektoral inkişaf üçün əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədilə strukturlaşdırılıb.

Digər fotolar
arrow-up