Kateqoriyalar
Sırala
ID 0136771

Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb

Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Məktəbin təmirdən sonra açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il 19 sentyabr tarixində baş tutub. Təhsil ocağının əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə həmin ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana fəaliyyət göstərir. 

Digər fotolar
arrow-up