Kateqoriyalar
Sırala
ID 0136803

"Suqovuşan" və "Köndələnçay" su anbarları

İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildən etibarən aktiv mərhələyə keçib. Belə ki, həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını yeni mərhələyə yüksəldib. Füzuli Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Atakişi Babayev Füzuli rayonu ərazisindəki Köndələnçay üzərində qurulan üç su anbarının işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri başlanması ilə yenidən qurulmasından bəhs edib. Onun sözlərinə görə, işğal dövründə anbarın bəndləri dağıdılmış, qəza su tullayıcıları yararsız halda salınmışdı. İdarə rəisi qeyd edib ki, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr olan "Köndələnçay-1" su anbarı 1962-ci ildə istismara verilib. 1951-ci ildə istismara verilən "Köndələnçay-2" su anbarının ümumi su tutumu isə 2,1 milyon kubmetrdir. Ümumi su tutumu 9,5 milyon kubmetr olan "Aşağı Köndələnçay" su anbarı isə 1980-ci ildə istismara verilib. 

Digər fotolar
arrow-up