Kateqoriyalar
Sırala
ID 0136883

Milli ornamentlərlə zəngin bədii gəlinciklər hazırlayan Günel Həsənova

13 ildir öz əl işlərini hazırlayan "ABADçı" Günel Həsənova ilk milli üslubda gəlincikləri qızı üçün tikməyə başlayıb. O, ixtisasca mühəndis olsa da, milli ornamentlərlə zəngin gəlinciklər hazırlayarkən zövq aldığını deyir. Bədii gəlincik ustası Azərbaycan xalq nağıllarının sevilən qəhrəmanları - "Cırtdan", "Tıq-Tıq xanım" və "Göyçək Fatma" kimi obrazları öz əl işlərində canlandırır. Bu qəhrəmanlar onun gəlincik kolleksiyasında xüsusi yer tutur və əlavə etdiyi unikal detallar sayəsində hər biri fərqli xarakter qazanır.

Digər fotolar
arrow-up