Kateqoriyalar
Sırala
ID 0136891

DOST Agentliyinin 2025-ci ilin yekunlarına dair mətbuat konfransı

DOST Agentliyinin 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilir. Qurumun İdarə Heyətinin sədri Fərid Məmmədov konfransda qeyd edib ki, Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib. Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, "Smart DOST" xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. Fərid Məmmədov əlavə edib ki, hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə hazırlanır, təmir-tikinti işləri aparılır.

Digər fotolar
arrow-up