Kateqoriyalar
Sırala
ID 0136908

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ilin yekunlarına dair mətbuat konfransı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, 2025-ci ildə "MyGovID" istifadəçilərinin sayı artıq 5 milyon nəfəri keçib və gündəlik əsasda müvafiq platforma vasitəsilə istifadəçilər digər informasiya sistemlərinə və resurslarına keçid edə bilirlər. 0nun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq vahid giriş sistemi mərkəzləşdirilmiş formada aidiyyəti dövlət sistemlərinə və informasiya sistemlərinə inteqrasiya olunur. Fərid Osmanov ötən il 1 milyondan çox yeni istifadəçinin platformaya qoşulduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, ümumi istifadəçi sayı 2,3 dəfə artaraq 2 milyonu keçib. Rəqəmsal sənədlərin istifadəsi ötən ildə 2 milyondan çox olub, hesabat dövründə 360-dan çox xidmətə vətəndaşlar tərəfindən müraciət olunub.

Digər fotolar
arrow-up