Kateqoriyalar
Sırala
ID 0136972

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılış mərasimi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və institusional dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılış mərasimi keçirilib. Laboratoriyanın istifadəyə verilməsi ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində praktik bacarıqlara əsaslanan kadr hazırlığının gücləndirilməsi, real test mühitlərinin formalaşdırılması və milli kibertəhlükəsizlik ekosisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Açılış mərasimində çıxış edən XRİTDX-nin rəisi İlqar Musayev “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının XRİTDX ilə BANM arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib. 

Teqlər
Digər fotolar
icon
arrow-up