Kateqoriyalar
Sırala
ID 0137077

Fatimeyi-Zəhra məscidinin maketini hazırlayan usta Etibar Cəlilov

Bakıda mebel ustası kimi çalışan Etibar Cəlilov səkkiz ay ərzində Fatimeyi-Zəhra məscidinin taxtadan hazırlanmış maketini ərsəyə gətirib. Onun sözlərinə görə, gündəlik yolunun üzərində yerləşən və memarlığı ilə diqqətini çəkən bu məscid ona ilham verib və nəticədə maket üzərində çalışmağa başlayıb. Tamamilə əl işi olan maket faner və şam ağacından hazırlanıb, proses zamanı heç bir əlavə avadanlıqdan istifadə edilməyib. Maketin yığılması üçün təxminən 4 minə yaxın taxta “kərpic” ayrıca hazırlanaraq bir-bir yerinə bərkidilib. Günbəz və minarələr çıxarıla bilən şəkildə qurulub, giriş hissələri, qapılar və digər detallar xüsusi dəqiqliklə işlənib.

Digər fotolar
arrow-up