Kateqoriyalar
Sırala
ID 0137392

Paytaxt Bakıda müşahidə olunan hava şəraiti

Hazırda paytaxt Bakıda güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Hava şəraiti insanların hərəkətinə təsir göstərir və bəzi hallarda gündəlik fəaliyyətin icrasında müəyyən çətinliklər yaradır. Küçələrdə gəzən piyadalar küləyin təsirindən ehtiyatla hərəkət etməli olur, avtomobil və digər nəqliyyat vasitələri isə sürət və hərəkət istiqamətini hava şəraitinə uyğunlaşdırır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, müşahidə olunan küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir. Mövcud hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. Qeyd olunub ki, xüsusilə qar yağan yol sahələrində sürüşmə ehtimalı artır, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. 

Digər fotolar
arrow-up