Kateqoriyalar
Sırala
ID 0137611

11 fevral – Vergi işçilərinin peşə bayramı günü

Fevralın 11-i Azərbaycan Respublikasında vergi xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Vergi işçilərinin peşə bayramı günü 2005-ci il fevralın 1-də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla təsis edilib. Bu tarix həm də vergi orqanlarının formalaşması baxımından əlamətdardır. Belə ki, Prezidentin 2000-ci il 11 fevral tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını, habelə bu sahədə dövlət nəzarətinin təmin edilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Vergilər Nazirliyi yaradılıb. Daha sonra, 2019-cu il oktyabrın 23-də “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb və vergi orqanlarının institusional inkişafında yeni mərhələ başlanıb.

Digər fotolar
arrow-up