Kateqoriyalar
Sırala
ID 0137804

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin mətbuat konfransı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı keçirilib. Agentliyin rəisi Vüsal Ağayev mətbuat konfransında bildirib ki, 2025-ci il ərzində 3561 təhlükə potensiallı müəssisədə 37 min 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6 min 603 akt tərtib edilib. Onun sözlərinə görə, aktlarda 14 min 992 qayda pozuntusu qeydə alınıb, onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Vüsal Ağayev qeyd edib ki, edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1087 ədəd çıxarış təqdim olunub.

Digər fotolar
arrow-up