Milli Məclisin sabiq deputatı Fəzail Ağamalının dəfn mərasimi
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib. Onun nəşi Ramana qəbiristanlığında dəfn olunub. Fəzail Ağamalı 1947-ci ildə anadan olub. O, 1990-cı ildə Ana Vətən Partiyasını təsis edib. 1992–1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Milli Məclisinin altı çağırış deputatı olub.
Digər fotolar
