Kateqoriyalar
Sırala
ID 0137883

İnformasiya texnologiyalarına həsr olunmuş ekspozisiya guşəsi

İnformasiya texnologiyaları sahəsi ilə bağlı müxtəlif əşyaların sərgiləndiyi bu guşədə rəqəmsal mühitin inkişaf tarixini əks etdirən zəngin eksponatlar nümayiş olunur. Sərgidə əvvəlcə bir nəslin texnologiya ilə ilk təmasını yaddaşlara həkk etmiş "Windows XP" əməliyyat sistemi ilə işləyən masaüstü kompüter diqqəti cəlb edir. Daha sonra ən qədimi 1959-cu ilə aid olmaqla 100-dən artıq kitab, müxtəlif ehtiyat hissələri, şəbəkə və periferiya avadanlıqları, eləcə də fərqli məlumat daşıyıcıları nəzərə çarpır. Ekspozisiyada milli informasiya texnologiyaları və internet tarixi ilə bağlı maraqlı nümunələr də təqdim edilir. Kolleksiya mütəmadi olaraq yeni eksponatlarla zənginləşir. Kolleksiyanın yaradıcısı, informasiya texnologiyaları mütəxəssisi Vahid Qasımov hələ 1980-ci illərdən etibarən IT sahəsi ilə məşğul olduğunu qeyd edir. O, illər boyu topladığı kitab və avadanlıqları qoruyaraq bu günə qədər saxlayıb. Məqsəd ziyarətçilərə texnologiyanın keçdiyi inkişaf yolunu əyani şəkildə göstərməkdir.

Teqlər
Digər fotolar
arrow-up