Kateqoriyalar
Sırala
ID 0138042

"Nyukasl"ın "Qarabağ" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda baş tutacaq "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçından öncə "Nyukasl" futbol klubunun mətbuat konfransı keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Eddi Hau bildirib ki, "Nyukasl" "Qarabağ" komandasını yaxşı təhlil edib. Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını, Bakıya yüksək əhval ruhiyyə ilə gəldiklərini qeyd edib. Baş məşqçi "Qarabağ"ın yaxşı oyun tərzinə malik olduğunu söyləyib. O əlavə edib ki, "Qarabağ" zəif komanda deyil və onu ingilis klubları ilə müqayisə etmək çox çətindir. Komandalar arasında görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Teqlər
Digər fotolar
arrow-up