"C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfrans
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans start götürüb. Konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulur. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır. Onun sözlərinə görə, 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşularaq regional əməkdaşlıq mexanizmini C5-dən C6 formatına yüksəldib. O bildirib ki, dənizə çıxışı olmayan tərəfdaşlar Azərbaycanın mövcud nəqliyyat və dəniz infrastrukturu sayəsində öz imkanlarını genişləndirə bilərlər.
