UEFA Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" oyunu
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyuna qonaqlar sürətli başlayıblar. Matçın 3-cü dəqiqəsində Entoni Qordon hesabı açaraq komandasını irəli çıxarıb. 9-cu dəqiqədə “Nyukasl” daha bir qol vuraraq üstünlüyünü artırıb. 32-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Qordon özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb. Ardınca o, daha bir qol vuraraq het-trik edib və hesab arasındakı fərqi artırıb. 45+1-ci dəqiqədə qonaqlar beşinci qolu "Qarabağ"ın qapısından keçiriblər. Oyunun 54-cü dəqiqəsində Elvin Cəfərquliyev rəqib komandanın qapısını dəqiq nişan alaraq hesab arasındakı fərqi azaldıb. 72-ci dəqiqədə Ceykob Merfi fərqlənib və “Nyukasl” üstünlüyünü bir qədər də möhkəmləndirib. Oyun "Nyukasl" klubunun 1:6 hesablı qələbəsi ilə başa çatıb.
