Kateqoriyalar
Sırala
ID 0138244

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Mehriban Qarayevanın dəfni

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən xanım şəhid Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Digər fotolar
arrow-up