Kateqoriyalar
Sırala
ID 0138267

"Şamaxinka"da istifadəyə verilən ilk işıqforlar

Bakının Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində ilk dəfə işıqforlar istifadəyə verilib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumatına əsasən, "Şamaxinka" adlanan yol sahəsi artıq işıqforlarla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar ərazidə ümumilikdə 13 işıqfor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib. İstifadəyə verilən yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir. Görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.

Digər fotolar
arrow-up