Kateqoriyalar
Sırala
ID 0138299

Gənc rəssam Leyla Qurbanova

28 yaşlı rəssam Leyla Qurbanova uşaqlıqdan rəssamlığa böyük maraq göstərib. Bu həvəs zamanla peşəkarlığa çevrilərək onun həyatının ayrılmaz hissəsini təşkil edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq ixtisasını bitirən gənc rəssam babasından yadigar qalan evdə 2019-cu ildə şəxsi emalatxanasını yaradıb. O, burada həm peşəkar fəaliyyətini davam etdirir, həm də bu sənəti başqalarına öyrədir. Leyla Qurbanova üçün rəssamlıq yalnız şəkil çəkmək deyil, daxildəki bütün hissləri, düşüncələri və yaradıcı ideyaları əsərlərinə ötürmək deməkdir. Onun hər bir əsəri daxili dünyasının ifadəsidir və fərqli texnikalarla hazırlanmış portretlər, mənzərə və konseptual əsərlərdən ibarətdir. Rəssamın fikrincə, hər kəs şəkil çəkməyi öyrənə bilər, amma sənətkar olmaq yalnız daxildən gələn ilham və sevgi ilə mümkündür.

Digər fotolar
arrow-up