Kateqoriyalar
Sırala
ID 0138684

Dizayn və texnologiyanın bir araya gəldiyi moda mərkəzi

Geyim dizaynı və texnologiyası sahəsində formalaşmış bu peşəkar tədris mərkəzi 2019-cu ildə fəaliyyətə başlayıb. Əsas məqsəd Azərbaycanda yerli geyim brendlərinin yaranmasına və inkişafına töhfə vermək, yaradıcı və texniki bilikləri bir araya gətirən mütəxəssislər yetişdirməkdir. Tədris prosesi bir geyim brendinin “ideyadan asılqana” qədər keçdiyi bütün mərhələləri əhatə edir və ən müasir üsullarla aparılır. Dərslər dövlət tərəfindən patentləşdirilmiş xüsusi metodika və dərslik əsasında keçirilir. Geyim dizaynında müasir və yaradıcı yanaşma, qəlib hazırlanmasında isə həm ənənəvi, həm də rəqəmsal üsulların tətbiqi tədris prosesinin əsas fərqləndirici xüsusiyyətlərindəndir. Məqsəd daha çox gəncə istehsal prosesini təmin edəcək peşəkar bacarıqlar qazandırmaq, hər bir tələbənin fərdi istedadını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Digər fotolar
arrow-up