Kateqoriyalar
Sırala
ID 0138823

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri, o cümlədən sıravi vətəndaşlar "Ana harayı" abidəsini ziyarət ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Digər fotolar
arrow-up