Kateqoriyalar
Sırala
ID 0138950

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun mətbuat konfransı

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun mətbuat konfransı keçirilib. Konfrans zamanı səfir bildirib ki, İranın ali rəhbəri Əli Xamenei daha təhlükəsiz yerə getmək əvəzinə hər zaman yaşadığı evində qalmağı üstün tutub. Diplomat Azərbaycan dövləti və xalqına başsağlığı mesajları ilə bağlı minnətdarlığını bildirib. O qeyd edib ki, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub, Azərbaycan öz ərazisindən İran əleyhinə istifadə edilə bilməyəcəyini ifadə edib. Müctəba Dəmirçilu İranın buna hər zaman inandığını və Azərbaycanın ən yüksək vəzifəli şəxslərinin bu mövqeyi həmişə ifadə etdiklərini bildirib.

Digər fotolar
arrow-up