Kateqoriyalar
Sırala
ID 0139582

Gəncə şəhərində yerləşən Nizami məqbərəsi

Dahi şair, mütəfəkkir Nizami Gəncəvinin XIII əsrin əvvəllərində Gəncədə yerləşən qəbri üzərində ucaldılmış sərdabəsi inşa olunduğu vaxtdan elm və irfan əhlinin ziyarətgahına çevrilib. Bu məkan əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Şərqin görkəmli mütəfəkkirlərinin, həmçinin Nizamisevərlərin müqəddəs bildiyi ünvan olub. 1606-cı ildə I Şah Abbasın, 1752-ci ildə Hacı Çələbinin, 1826-cı ildə Gəncə xanlığının Şıx düzündə apardığı müharibələr nəticəsində sərdabə qismən dağılıb. 1922-ci ildə dahi şairin Gəncə şəhərinin 7 kilometrliyində yerləşən məzarı yerli ziyalılar tərəfindən bərpa olunub. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Şıx düzündə arxeoloji qazıntı aparılıb və məqbərənin qədim qalıqları üzə çıxarılıb. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, Nizaminin türbəsi XIII əsrdə tikilib, ümumi sahəsi 101,12 m² təşkil edib, divarlarının qalınlığı 172 sm, hündürlüyü isə 5,2 m olub. 1947-ci ildə böyük şairin məzarı üzərində abidə ucaldılıb.

Digər fotolar
arrow-up