Kateqoriyalar
Sırala
ID 0139668

“Qərbi azərbaycanlıların milli geyim irsi” adlı sərgi

Azərbaycan Milli Xalça Muzeyində “Qərbi azərbaycanlıların milli geyim irsi” adlı sərgi nümayiş olunur. Sərgi Azərbaycan portret ustası və nəqqaş rəssam, milli panel rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə təşkil edilib. Ekspozisiyada 40-a yaxın milli geyim nümunəsi təqdim olunur. Hər bir geyimdə Azərbaycan milli ornamentlərinin zənginliyi, naxış və toxuma sənətinin incəlikləri öz əksini tapıb. Sərgidə həm qadın, həm də kişi geyimləri yer alır, onların üzərində toxunmuş simvollar, etnik naxışlar və bölgəyə xas rəng palitraları milli kimlik və mədəni irsin dəyərli nümunələrini göstərir. Ziyarətçilər geyimlərin estetik gözəlliyi ilə yanaşı, hər parçanın daşıdığı tarixi və mədəni mənaları da yaxından görmək imkanı əldə edirlər.

Digər fotolar
arrow-up