Kateqoriyalar
Sırala
ID 0139731

Bakı küçələrində 8 Mart Beynəlxalq Qadınlar Günü

Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların hüquqları uğrunda apardıqları mübarizənin və əldə etdikləri nailiyyətlərin simvolu hesab edilir. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda tekstil fabrikində çalışan qadınların ağır əmək şəraitinə və 12 saatlıq iş rejiminə etiraz etməsi ilə başlayır. 1910-cu ildə alman sosialist qadın Klara Setkin qadınların hüquqlarının müdafiəsi məqsədilə 8 mart tarixinin qadınlar günü kimi qeyd olunması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs geniş dəstək qazanıb. 1977-ci ildə isə BMT bu günü rəsmi şəkildə Beynəlxalq Qadınlar Günü kimi tanıyıb. Bu bayram Azərbaycanda da geniş şəkildə qeyd edilir. Paytaxt küçələrində bayram ab-havası aydın hiss olunur. Gül dükanlarının qarşısında canlanma müşahidə edilir, insanlar yaxınlarına və sevdikləri qadınlara hədiyyələr alaraq bu günü xüsusi qeyd etməyə çalışırlar.

Digər fotolar
arrow-up