Kateqoriyalar
Sırala
ID 0139906

“Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumu

Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forum keçirilib. Forumda çıxış edən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev bildirib ki, Azərbaycanda istehlakçı hüquqları ilə bağlı daxil olan müraciətlərin təxminən 30 %-i rəqəmsal sahədə yaranan münasibətlərlə bağlıdır. Onun sözlərinə görə, bu gün yaşından, peşəsindən, cinsindən və tutduğu vəzifədən asılı olmayaraq hər bir insan istehlakçıdır və müasir cəmiyyətlərdə istehlakçı hüquqları artıq tam tanınmış hüquqlar sırasına daxildir. Cəfər Babayev qeyd edib ki, rəqəmsal bazarlar istehlakçılara yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də formalaşdırır. Sədr bu risklər arasında ən geniş yayılan məsələləri rəqəmsal mühitdə baş verən dələduzluq halları, şəxsi məlumatlara qanunsuz müdaxilə və bunun nəticəsində həm istehlakçılara, həm də iqtisadiyyata vurulan zərər olaraq vurğulayıb.  
 

Teqlər
Digər fotolar
icon
arrow-up