Kateqoriyalar
Sırala
ID 0139940

XIII Qlobal Bakı Forumu

Bakıda "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir. Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır. 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir. Martın 14-dək davam edəcək Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

Teqlər
Digər fotolar
arrow-up