Kateqoriyalar
Sırala
ID 0140123

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş brifinq

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş brifinq keçirilib. Brifinqdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərinə görə, WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda hazırlıq işləri artıq son mərhələyə çatıb. Komitə sədri vurğulayıb ki, stadionda 40 əsas sessiya, 350-yə yaxın paralel tədbir, eləcə də geniş "Urban Expo" sərgisi keçiriləcək. "Urban Expo" sadəcə sərgi məkanı deyil. O, dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlıq mərkəzinə çevriləcək. Anar Quliyev hazırda WUF13-də təxminən 15 min iştirakçının qeydiyyatdan keçdiyini qeyd edib. Brifinq çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax, BMT-nin Məskunlaşdırma Proqramının eksperti, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktor Erfan Ali, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç iştirak ediblər.

Teqlər
Digər fotolar
arrow-up