Kateqoriyalar
Sırala
ID 0140191

WUF13-ə hazırlıq çərçivəsində “Təmiz Şəhər” ASC-yə təşkil olunan mediatur

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində media nümayəndələri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Turun məqsədi media nümayəndələrini Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalar, təkrar emal prosesləri və dayanıqlı şəhər idarəetmə təcrübələri ilə yaxından tanış etmək olub. Məlumatlandırma turu çərçivəsində iştirakçılar əvvəlcə “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olub, tullantıların çeşidlənməsi prosesi və tullantılar arasında tapılmış qiymətli əşyaların sərgiləndiyi guşə ilə tanış olublar. Media nümayəndələri həmçinin çeşidlənmə prosesini izləmək imkanı əldə ediblər. Daha sonra iştirakçılar Balaxanı Sənaye Parkına və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər edərək təkrar emal və tullantıların yandırılması nəticəsində elektrik enerjisinin istehsalı prosesi ilə tanış olublar. Mediatur WUF13 Azərbaycan Əməliyyat Şirkəti, “Təmiz Şəhər” ASC və Bakı şəhər İcra Hakimiyyəti “Kommunal Xidmətlər Müəssisəsi” MMC nümayəndələrinin müşayiəti ilə həyata keçirilib. Tədbir çərçivəsində WUF13 zamanı tullantıların idarə olunması ilə bağlı görülən işlər barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb. 

Teqlər
Digər fotolar
arrow-up