"AZS ISO 20121:2026 - Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı
"AZS ISO 20121:2026 - Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, urbanizasiyanın sürətlə artdığı dövrdə resurslardan səmərəli və məsuliyyətli istifadə xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Standartın Əhəmiyyəti və Dayanıqlıq Konsepsiyası AZS ISO 20121 standartının milli standartlaşdırma fonduna daxil edilməsi Azərbaycanda məsuliyyətli və dayanıqlı tədbir idarəetməsi yanaşmasının inkişafına, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələrin tətbiq edilməsinə yeni imkanlar yaradır. Sədr əlavə edib ki, dayanıqlıq prinsiplərinə uyğun təşkil olunan tədbirlər ətraf mühitə mənfi təsirləri kəskin şəkildə azaltmağa imkan verir. Anar Quliyev standartın tətbiqinin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kontekstində də böyük əhəmiyyət daşıdığını ifadə edib.
