Kateqoriyalar
Sırala
ID 0140574

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin moda dizaynı ixtisası

1971-ci ildən fəaliyyət göstərən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi həmin dövrdə radioelektronika sahəsi üçün kadr hazırlığı prosesi həyata keçirib. Daha sonra müəssisə 31 nömrəli Texniki Peşə Məktəbi, 1996-cı ildə 5 nömrəli Bakı Peşə Liseyi kimi fəaliyyət göstərib. 2020-ci ildə isə “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Mərkəzdə turizm, hotelçilik, sosial xidmətlər və iqtisadiyyatın digər sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Tədris olunan ixtisaslar içərisində moda dizaynı ixtisası da yer alır. Bu ixtisas üzrə tələbələr geyim eskizlərinin hazırlanması, parça seçimi, biçim və tikiş texnologiyaları, eləcə də müasir moda tendensiyalarının tətbiqi kimi bilik və bacarıqlara yiyələnirlər. Tədris prosesi həm nəzəri, həm də praktik məşğələlər əsasında qurulur və tələbələrin yaradıcı potensialının inkişafına xüsusi önəm verilir.

Teqlər
Digər fotolar
arrow-up