Kateqoriyalar
Sırala
ID 0140742

Təzəpir məscidində qılınan Ramazan ayının bayram namazı

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd edilir. Təzəpir məscidində bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib. Müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu bayram hicri təqviminin ikinci ilindən (622-ci il) qeyd olunmağa başlayıb. Azərbaycanda isə Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları təmiz vicdanlı olmağa istiqamətləndirir və bütün bunlar orucla ifadə olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.

Digər fotolar
arrow-up