Kateqoriyalar
Sırala
ID 0140837

Filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli

Filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisidir. O, 1977–1981 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatı üzrə Göyçay rayonunun İnçə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi kimi işləyib. Təyinat müddəti bitdikdən sonra Atəş Əhmədli Bakıya qayıdıb və 1986 ildən AMEA-nın nəzdindəki “Elm” nəşriyyatında fəaliyyətini davam etdirib. 2003 ildən AMEA-nın yeni təsis olunmuş Folklor İnstitutunda fəaliyyət göstərməyə başlayıb. 2014 ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2021 ildə isə dosent elmi adına layiq görülüb. O, 8 kitabın tərtibçisi və 50-yə yaxın elmi məqalənin müəllifidir. 

Digər fotolar
arrow-up