Kateqoriyalar
Sırala
ID 0140890

Xalq artisti Rasim Balayevin dəfn mərasimi

Xalq artisti Rasim Balayev ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib. Mərasimdə Baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər. Mərasimin ardınca Xalq artistinin nəşi Birinci Fəxri xiyabanda dəfn olunub. Qeyd edək ki, R.Balayev martın 29-u İstanbulda müalicə aldığı xəstəxanada 77 yaşında dünyasını dəyişib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

Digər fotolar
arrow-up