Kateqoriyalar
Sırala
ID 0140917

Ağac materiallarını sənətə çevirən xarrat Əziz Hüseynzadə

Ağac materiallarından müxtəlif əl işlərinin ərsəyə gəldiyi xarratlıq emalatxanasında uşaq oyuncaqları, mebellər və dekorativ əşyalar hazırlanır. Emalatxananın sahibi, 47 yaşlı Əziz Hüseynzadə artıq səkkiz ildir ki, xarratlıq sənəti ilə məşğuldur. O, ixtisasca riyaziyyatçı olsa da, sonradan bu sahəyə maraq göstərməyə başlayıb. İlk vaxtlar boş zamanlarını dəyərləndirmək üçün başladığı bu iş zamanla onun əsas fəaliyyətinə çevrilib. Əziz Hüseynzadə bildirir ki, xarratlıq yaradıcılıq tələb edən sənət olduğu üçün hər dəfə yeni nəsə öyrənmək mümkündür. O, zamanla özünə komanda toplayaraq emalatxananı daha da inkişaf etdirib. Burada hazırlanacaq məhsulun əvvəlcə çertyoju çəkilir, daha sonra xammal doğranır, hamarlanır, forma verilir və sonda quraşdırılaraq hazır vəziyyətə gətirilir. Əşyaların hazırlanmasında şam ağacı ilə yanaşı, daha davamlı olan qoz, palıd və fıstıq kimi ağaclardan da istifadə olunur.

Digər fotolar
arrow-up