Kateqoriyalar
Sırala
ID 0140962

Hərbi texnika və retro avtomobillərin maketlərinin hazırlandığı modelistlər klubu

Azərbaycan Modelistlər Klubu 1989-cu ildən fəaliyyət göstərir. Klubun sədri İlqar İsmayılov da həmin dövrdən bu kollektivin üzvlərindən biri olub. 2021-ci ildən etibarən klub onun təşəbbüsü ilə yenidən fəaliyyətə başlayıb və hazırda o, sədr kimi fəaliyyətini davam etdirir. İlqar İsmayılov modelizmlə 7 yaşından məşğuldur və bu sahədə 50 ilə yaxın təcrübəyə malikdir. Onun sözlərinə görə, 14 yaşında paraşütlə tullanıb, 17 yaşında isə təyyarə idarə edib. Klubda Azərbaycan Ordusunda istifadə olunan hərbi texnikaların – tankların, zirehli maşınların və təyyarələrin, həmçinin retro avtomobillərin miniatür modelləri hazırlanır. Ümumilikdə kolleksiyada təxminən 200 maket mövcuddur, onların 50-dən çoxu isə əl işidir. Modelistlər Klubu modelizm sahəsinə marağı olan şəxslərin bir araya gəldiyi, bu istiqamətdə bilik və təcrübələrin paylaşıldığı məkan kimi fəaliyyət göstərir.

Digər fotolar
arrow-up