Kateqoriyalar
Sırala
ID 0141043

2 aprel - Dünya Autizm Maarifləndirmə Günü

2 aprel – Dünya Autizm Maarifləndirmə Günü dünyada autizm haqqında məlumatlılığın artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən 18 dekabr 2007-ci il tarixli qərar əsasında təsis edilib. Autizmli şəxslərin hüquqlarını qorumaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və potensiallarını üzə çıxarmaqla yanaşı, bu gün insanların autizm spektr pozuntusu haqqında daha dolğun məlumat əldə etməsinə və stereotiplərin aradan qaldırılmasına xidmət edir. Azərbaycanda da bu istiqamətdə müxtəlif mərkəzlər fəaliyyət göstərir və autizmli şəxslərin inkişafına dəstək olur. Müasir yanaşmaların tətbiq olunduğu və 2019-cu ildən fəaliyyət göstərən bu müəssisədə uşaqların fiziki və psixoloji inkişafı paralel şəkildə dəstəklənir. Mərkəzin fəaliyyətində ən önəmli istiqamətlərdən biri idmanla reabilitasiyadır. Fiziki aktivlik uşaqların həm sağlamlığına, həm də sosial bacarıqlarının inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, psixoloji dəstək, loqopedik məşğələlər, pedaqoji proqramlar və sosial bacarıqların inkişafına yönəlmiş təlimlər də həyata keçirilir. Özünəxidmət bacarıqlarının formalaşdırılması isə uşaqların gündəlik həyatda daha müstəqil olmasına kömək edir. Bu mərkəzdə hər bir uşağa fərdi yanaşma əsas prinsip kimi qəbul olunur. Uşaqların fərdi xüsusiyyətləri, ehtiyacları və inkişaf tempi nəzərə alınaraq xüsusi proqramlar hazırlanır. Fərdi inkişaf planları vasitəsilə onların potensialı maksimum səviyyədə üzə çıxarılır və cəmiyyətə daha rahat inteqrasiya etmələri təmin olunur.

Digər fotolar
arrow-up