Bakı Bulvarında dağlaləsi mövsümü
Baharın gəlişi ilə Bakı Bulvarı yenidən rəngarəng gözəlliyə bürünür və burada dağlalələrinin mövsümü başlayır. Bulvar ərazisində əkilən 80 mindən çox dağlaləsi 8 müxtəlif rəng çaları ilə şəhərə xüsusi gözəllik qatır. Şəhər sakinləri və turistlər bu mənzərəni seyr etmək, foto çəkdirmək üçün bulvara üz tuturlar. Təmiz hava və çiçəklərin ətri insanlara xoş ovqat bəxş edir. Bu mövsüm şəhərin ən gözəl və romantik anlarından biri hesab olunur. Bakı Bulvarında dağlalələrinin çiçəkləməsi baharın ən sevilən əlamətlərindən biridir.
Digər fotolar
