Kateqoriyalar
Sırala
ID 0141163

Kamandan oxatma üzrə Bakı şəhər kuboku

Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə Bakı şəhər kubokunun I mərhələsinə start verilib. Aprelin 5-dək davam edəcək yarışlarda U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədə hədəfi dəqiq vurmaq üçün bacarıqlarını göstərəcəklər. Olimpiya sistemi ilə hesablanacaq nəticələrə əsasən, fəxri kürsüdə yer alan idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.

Digər fotolar
arrow-up