Kateqoriyalar
Sırala
ID 0141230

Təbii daşlarla əl işləri hazırlayan zərgər Mariya Durova

İxtisasca mühəndis olan Mariya Durova Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. O, ailə qurduqdan sonra Bakıya köçüb və zərgərlik sənətinə marağı yaranıb. Mariya Durova zərgərlik fəaliyyətinə analıq məzuniyyəti dövründə başlayıb. Onun sözlərinə görə, ilk vaxtlar imitasiya bəzək əşyaları hazırlasa da, zaman keçdikcə qızıl və gümüşlə işləməyə daha çox maraq göstərib. Onun ilk əl işi təhsil aldığı dövrdə hazırladığı çəhrayı kvars daşlı üzük olub. Həmin vaxt böyük gözləntiləri olmadığı üçün hazırladığı üzüyü beynəlxalq onlayn satış platformasına yerləşdirib. Bir həftə sonra üzüyün İsveçrədən alınması onun üçün ciddi motivasiya mənbəyinə çevrilib. Həmin andan etibarən dünyanın müxtəlif ölkələrindən olan sənətkarlarla rəqabət apara biləcəyinə və qarşısında heç bir maneə qalmadığına inanıb. Bu gün Mariya Durovanın təbii daşlardan hazırladığı zərgərlik nümunələri onun peşəkar inkişafını, incə zövqünü və özünəməxsus üslubunu əks etdirir.

Teqlər
Digər fotolar
arrow-up