Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nazim Mirişli
Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Nazim Mirişli 6 mart 1962-ci ildə Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə alıb, daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq üzrə təhsilini davam etdirib. Burada o, Cövdət Hacıyevin sinfində təhsil alıb. Əmək fəaliyyətinə pedaqoq kimi başlayan Nazim Mirişli uzun illər müxtəlif təhsil müəssisələrində çalışıb. O, həm Azərbaycanda, həm də Türkiyənin Erciyes Universitetində müəllim kimi fəaliyyət göstərib.
Digər fotolar
