Kateqoriyalar
Sırala
ID 0141560

"Miniboss Biznes Məktəbi"nin təşkilatçılığı ilə baş tutan startap forumu

Aprelin 11-i Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub. təşkilatçısı "Miniboss" Biznes Məktəbi olan bu tədbir artıq ölkəmizdə sahibkarlıq sahəsində formalaşmış mühüm bir ənənəyə çevrilib. Bu il də forumda 20 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim ediblər. Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edib. Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələri əhatə edir. "Miniboss Business School"un Bakı nümayəndəliyinin təsisçisi Nərminə Həsənova açılış nitqində bildirib ki, hər il olduğu kimi, bu il də aprel ayında Startap Biznes Forumu keçirilir və bu səhnə gənc sahibkarların ilk ciddi təqdimat platformasına çevrilib. Daha sonra çıxış edən "Miniboss" Biznes Məktəbinin direktoru Alina Xələfova forumun əhəmiyyətindən və məktəbin fəaliyyətindən danışıb. Forum çərçivəsində gənc startapçılar layihələrini təqdim edərək biznes planlarını, ideyanın üstünlüklərini, hədəf auditoriyasını, bazar araşdırmasını, maliyyə göstəricilərini və ilkin kapital ehtiyaclarını münsiflər heyətinə təqdim ediblər. Təqdimatlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilən komandaların layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb. "Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Qeyd edək ki, bu il dünya çempionatı 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

Digər fotolar
arrow-up