Kateqoriyalar
Sırala
ID 0141669

Birinci Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman İbad Hüseynov

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsi iştirakçısı və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov 1990-cı ildə könüllü olaraq Xocavəndə gedərək orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayıb. O, 26 dekabr 1993-cü ildə minaya düşərək ağır yaralanıb. Partlayış nəticəsində qəlpələr onun başına, əlinə və ayaqlarına daxil olub. İbad Hüseynov 28 gün komada qalıb, həkimlər onun həyatını xilas etmək üçün ciddi mübarizə aparıblar. Uzun müddət müalicə alan İbad Hüseynov illərlə qoltuq ağaclarından istifadə edib, müxtəlif xəstəxanalarda reabilitasiya keçib. Lakin uşaqlıqdan idmanla məşğul olması onun bərpa prosesinə müsbət təsir göstərib və zamanla sağlamlığı qismən də olsa bərpa olunub. Göstərdiyi igidliyə və xidmətlərinə görə o, 9 oktyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Teqlər
Digər fotolar
arrow-up