Bakıda keçirilən AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı
"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransdakı "Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi" adlı panel müzakirəsində iştirak edən (soldan-sağa) AQEM Katibliyinin humanitar meyar üzrə eksperti İsmət Cahan, Monqolustan Respublikasının Ailə, Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Munkzul Lxaqvasuren, Kamboca Krallığının Qadın İşləri Nazirliyinin dövlət katibi Man Çinda, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Qazaxıstan Respublikası Parlamentinin Senatının Sosial və Mədəni İnkişaf və Elm Komitəsinin üzvü Asem Raxmetova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və Özbəkistan Respublikasının Daşkənd şəhəri icra hakimiyyəti başçısının müavini, Ailə və Qadın İşləri üzrə Departamentin rəhbəri Şahnoza Sultanova.
