Stolüstü tennisçi Nihad Məmmədov
Stolüstü tennisçi Nihad Məmmədov 2002-ci ildə Şabran şəhərində anadan olub və orada böyüyüb. Şabran şəhər 5 nömrəli tam orta məktəbi bitirib, Azərbaycan İdman Akademiyasında Tennis məşqçiliyi ixtisası üzrə bakalavr, daha sonra isə magistr təhsili alıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş məşqçi-müəllimi Zakir Cavadovun yetirməsi olan Nihad Məmmədov stolüstü tennis topunu uzaq məsafədən oyuna daxil etmə üzrə qeydə alınan dünya rekordunu yeniləyib və adını Ginnesin rekordlar kitabına yazdırıb.
Digər fotolar
